AXCP-nin Sabirabad, Saatlı, Siyəzən və Zəngilan rayon şöbələrinin konfransı keçirilib. Bu barədə “Azadlıq”a AXPC sədrinin müavini Gözəl Bayramlı məlumat verib. O, bildirib ki, konfransda qurultay hazırlıqları əsas müzakirə mövzusu oldu.
Konfransda həmçinin rayon şöbəsinin seçkili orqanlarına seçkilər keçirilib və qurultaya nümayəndələr seçilib. Bundan başqa Sabirabaddakı konfransda Səttar Şahlar rayon şöbəsinin sədri, Sahib Rüstəmli Ali Məclisə üzv, Saatlıda Şamil Hacıbəyli rayon şöbəsinin sədri, Ziyafət Hüseynli Ali Məclisə üzv, Siyəzəndə Sədyar Osmanov rayon şöbəsinin sədri, Vahid Müslümov Ali Məclisə üzv, Zəngilanda isə Zülfüqar Məmmədov rayon şöbəsinin sədri, Kərim Mehdiyev Ali Məclisə üzv seçiliblər.
Saatlı
Sabirabad