Qətlə yetirilən müxalif lideri Borus Nemtsovun qızı Janna Polşa hökumətinin verdiyi 700 min avro dəyərində “Həmrəylik” mükafatını “Şərq tərəfdaşlığı” ölkələrində jurnalistikaya dəstək üçün sərf edəcək. “Həmrəylik” mükafatı demokratiya və vətəndaş azadlıqlarının müdafiəsindəki xidmətlərə görə verilir.
“Mükafatdan 250 min avronu Boris Nemtsov fonduna, 50 mini Polşa turuna, 700 min avro isə “Şərg Tərəfdaşlığı” ölkələrində müstəqil jurnalistikanın inkişafına ayırıram”, deyə Janna Nemtsova Deutsche Welle-yə müsahibəsində bildirib.
Mükafat 3 hissədən ibarətdir: 250 min avro laureatın özü üçün nəzərdə tutulub, 700 min avro laureatın müəyyən etdiyi proqramlara xərclənəcək, 50 min avro isə mükafatçının Polşaya səfərinə xərclənir.
Fizzə