Britaniya 2016-cı ildən başlayaraq ölkəyə gətirilən çirkli pulların mənbəyini və bu pullarla alınan torpaq və əmlak sahiblərinin adlarının açıqlayacaq.
Buna səbəb isə Londonun artıq çirkli pulların yuyulması mərkəzinə çevrilməsidir. Ingiltərədə və Uelsdə xarici mafianın investisiyası qiymətlərin artımına səbəb olur.
Baş nazir Devid Kameron bu vəsaitlərin sahiblərinə müraciət edərək bəyan edib ki, London sizin çirkli pullarınızın saxlanılması üçün yer deyil. Britaniyada oğurlanmış pulların yuyulması üçün də yer yoxdur. dünyanın heç yerində onlara yer yoxdur.
Baş nazir 2016-cı ildən başlayaraq İngiltərə və Uelsdə torpaq və evi olan xarici şirkətlərin siyahısının açıqlanacağını deyib. Hökumət bu əmlak və torpaqların əsl sahiblərinin adlarını açıqlayacaq.
Fizzə