İranın Türkiyə ilə şimal qərb sərhədi bağlanıb. Bu barədə İranın polis şefi Hüseyn Aştari bildirib. O bildirib ki, Ali Beynəlxalq Təhlükəsizlik Şurası (SNSC) Türkiyədə baş verənlərlə əlaqədar olaraq sərhədi müvəqqəti bağlayıb.
Hüseyn Aştari deyib ki, sərhədin bağlanması ilə bağlı bütün sualları bu quruma ünvanlamaq lazımdır. (APA)