Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edilib. Nəqliyyat naziri Ziya Məmmədovun 03 avqust 2015-ci il tarixli Əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, yeni təyinata qədər E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.
Elnur Abdullayev Anar Məmmədovun dostudur. O bu vəzifədə Çingiz Baxçıyevi əvəz edib.