ABŞ-ın keçmiş prezidenti Cimmi Karter qara ciyərindən əməliyyat olunub.
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, həkimlər əməliyyatın uğurlu keçdiyini bildiriblər.
May ayında C.Karter səhhətində yaranan problem ucbatından Qayanaya səfərini təxirə salmışdı.
Xatırladaq ki, 2014-cü ilin oktyabrında Cimmi Karterin 90 yaşı tamam olub.