Ona görə də «Standard & Poor’s» agentliyi bu qurumla bağlı arzuolunmaz qərar verib
“Standard & Poor’s” – beynəlxalq kredit reytinqi agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin “BB+” olan uzunmüddətli korporativ kredit reytinqinin müşahidəsini dayandırıb.
Reytinqin müşahidəsi, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə göstəriciləri, əməliyyat fəaliyyəti, daşımaların həcmi, investisiya layihələri və inkişaf perspektivləri haqqında lazımi informasiyların verilməməsinə görə dayandırılıb.
“Standard & Poors” bəyan edib ki, lazımi məlumatlar təqdim olunarsa, reytinq bərpa oluna bilər.
“Əgər məlumatlar 90 gün ərzində verilməyəcəksə, biz reytinqin geri çağırılması imkanlarını nəzərdən keçirəcəyik”, – deyə agentlik bildirib.