Milli Şuranın və NİDA Hərəkatının üzvü İlkin Rüstəmzadə növbəti ad gününü həbsxanada qeyd edir. Milli Şura üzvü Gültəkin Hacıbəyli onu doğum günü münasibətilə təbrik edib:
"Bu gün Azərbaycanın ən işıqlı, ən ləyaqətli, ən cəsarətli və ən vətənpərvər gənclərindən biri olan İlkin Rüstəmzadənin ad günüdür. İlkinin 23 yaşı tamam olur, ancaq çox yaşca yetkin insanda olmayan müdriklik, dəyanət və dözüm var bu oğlanda. Hər dəfə həbsxanadan zəng vuranda dediyi sözlər budur: "Məndən narahat olmayın, burada hər şey əladır, mənim heç bir problemim yoxdur. Əsas mübarizədir, biz lap 10 il də yatarıq, təki millətimiz ağ günə çıxsın". İlkinin bu sözlərinin qarşısında deyiləcək bir söz varmı?! Sadəcə və sadəcə, "Səninlə fəxr edirik, İlkin!""