Bakıda "Sərin" kafesində kütləvi dava olub. Hadisə avqustun 1-i axşam saatlarında baş verib. Şəhərin 4-cü mikrorayon ərazisində olan kafedə mübahisə əlbəyaxa dava ilə nəticələnib. Xəsarət alanların olduğu bildirilir.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək tərəfləri sakitləşdiriblər, saxlananlar var.
Xəbəri Nəsimi RPİ-nin 19-cu polis bölməsindən təsdiqləyiblər. Hadisə yerində olmuş təhqiqatçı Rəşad İmanov isə bu mövzuda danışmaq istəməyərək məlumatsız olduğunu deyib. Qeyd edək ki, son aylar şadlıq saraylarında, restoranlarda kütləvi davalar tendensiya halını alıb. (Axar.az)