Sərnişinlər 5 saat girov saxlanılıb, onlardan 30-35 nəfəri azərbaycanlı olub
Ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanlılar da var. Bu barədə məlumatı “ans press”ə Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə verib. Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub.
"Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Səbri də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər".
Səbri Musayev isə “ans press”ə deyib ki, PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirdi. Avtobusda ondan başqa 30-35 azərbaycanlı olub. Onları 5 saat girov saxladıqdan sonra buraxıblar. Terrorçular sərnişinləri düşürdüşdən sonra avtobusu dərədən aşırıblar.