Partlayan təyyarənin Usama ben Ladenin ailəsinə məxsus olduğu deyilir
Britaniyanın Hempşir əyalətində Usama ben Ladenin ailəsinə aid olduğu iddia edilən təyyarə partlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə The Daily Mail xəbər yayıb.
Blekbuş aeroportunda qəza enişi etmək istəyən təyyarə, avtomobil dayanacağına düşüb. İnsident nəticəsində 3 sərnişin və bir pilot həlak olub.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Polis hadisənin baş vermə səbəblərini araşdırır. Səudiyyə Ərəbistanında qeydiyyatda olan şəxsi təyyarə Britaniyaya isə Milandan gəlirdi. Hüquq mühafizə orqanlarında onu da əlavə ediblər ki, hadisənin terror aktı nəticəsində baş vermə səbəbi istisna edilir.
The Daily Mail yazır ki, Blekbuşda qəzaya uğrayan təyyarənin bort nömrəsini 1960-cı ildə Usama ben Ladenin atası “Salem Aviation” şirkətində qeydiyyatdan keçirib. Belə ki, “Salem Aviation” şirkəti də ailəyə məxsus olub və adı terrorçunun böyük qardaşının şərəfinə qoyulub.