Imişli sakini, rayon təhsil şöbəsinin binasında yaşayan Adilə Babaşova müxtəlif dövlət strukturlarına ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. O, məktubunda acınacaqlı durumundan bəhs edib:
“Həyat yoldaşım və qayınatam 1991-ci ildə eyni gündə Laçın rayonunda şəhid olublar. Bir qaynım Çernobıl faciəsində həlak olub, bir qardaşım da 20 Yanvarda həyatını itirb. Yaxın qohumum Qarabağ döyüşlərində şəhid olub, qardaşımın biri də 1-ci qrup Qarabağ əlilidir. Ailədə sağlam olan kiçik oğlum hərbi xidmət zamanı sağlamlığını itirərək, 2-ci qrup əlillik dərəcəsi alıb. Lakin Imişli rayon Icra hakimiyyəti bizim durumumuza laqeyd yanaşır. Icra Hakimiyyətinə dəfələrlə mənzillə bağlı müraciət etmişəm. Lakin müraciətlərim cavabsız qalıb. Icra başçısı Vilyam Hacıyevin qəbulunda dəfələrlə olmuşam. O, mənzil məsələləri ilə məşğul olan hüquqşünas Rahim Zahidova göstəriş verib ki, ev problemim həll olunsun. Icra başçısına söz verən Rahim Zahidov tapşırığı yerinə yetirmir.
Bir daha media vasitəsilə dövlət başçısı Ilham Əliyevə üz tuturam. Xahiş edirəm, mənim mənzillə təmin olunmağıma kömək edin".
Sosial şöbə