Tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşı dənizdə batıb. Bu barədə APA-ya müğənni T.Şahmalıoğlu özü məlumat verib.
Onun sözlərinə görə, qardaşı, 36 yaşlı Mahir Allahverdiyev bu gün Novxanı çimərliyində batıb: “Hazırda xilasedicilər onun axtarışlarını həyata keçirir. Qardaşımı tapmaq hələlik mümkün olmayıb”.