Gürcüstan DİN iyulun 31-nə keçən gecə Tbilisidə Moskva prospektində (Tbilisi ətrafı) SOCAR yanacaqdoldurma stansiyasının mağazasına basqın olunmasını təsdiqlədi.
Naməlum şəxs soyuq silahla hədə-qorxu gələrək, mağazadan 800-900 arası lari (350-390 dollar) çıxarıb.
“Hadisə gecə baş verib. Təfərrüatlar dəqiqləşdirilir”, – DİN mətbuat xidmətinin əməkdaşı jurnalistlərə bildirib.
İstintaq “qarət” maddəsi üzrə aparılır, bu maddəyə görə beş ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. (oxu.az)