İsrail polisinin məlumatına görə, Qərb Sahilindəki qəsəbədə yəhudi köçkünün qəsdən yanğın törətməklə keçirdiyi hücum nəticəsində fələstinli körpə yanaraq ölüb.
Duma qəsəbəsində fələstinli ailənin yaşadığı evə gecəyarısı keçirilən hücum nəticəsində 18 aylıq oğlan həlak olub.
Onun ata-anası və 4 yaşlı qardaşı yaralanıblar.
Hücumçular, güman edildiyinə görə, alışan bombalar atıldığı 2 evdən birinin divarına yəhudi dilində "qisas" sözünü boya vasitəsilə yazıblar.
İsrail baş naziri hücumu pisləyərək "dəhşətli" adlandırıb.
"Bu, hər bir mənada terror aktıdır. İsrail dövləri terrora qarşı sərt tədbirlər görür", Benjamin Netanyahu tvitində bildirib.
Qərb Sahilini idarə edən fələstin hökümətində aparıcı qüvvə olan Fələstin Azadlıq Təşkilatı (PLO), bu hadisəyə görə məsuliyyəti İsrail hökümətinin üzərinə qoyub.
"Israil höküməti bu hücuma görə tam məsuliyyət daşıyır", təşkilatın rəsmisi Ali Saad Dawabsha deyib.