Kiyevdə 12 patrul xidməti əməkdaşı işdən azad edilib. Bu barədə Ukrayna daxili işlər nazirinin müavini Eka Zquladze məlumat verib.
Nazir müavinin sözlərinə görə, polislər müxtəlif səbəbdən işdən azad edilib. “Dördünin işdən azad edilməsi səbəbi ciddi idi. Kreşatikdə və vağzalın yanında vətəndaşla pis rəftar edib. Biz bunu bəyənmirik. Bəzi polislər isə partul maşınında yatdıqlarına görə işdən azad ediliblər”, – deyə o bildirib.
Zquladze qeyd edib ki, yeni polislər üçün çox yüksək standartlar müəyyən edilib. Bu standartlara tam riayət edilməlidir.
Bir neçə gün əvvəl də dörd polis əməkdaşının işdən çıxarılması xəbəri yayıldı.
Məlum olduğu kimi, Kiyevdə iyulun 4-də yeni patrul xidməti işə başlayıb. Kiyevdə yol polisi və patrul xidməti əməkdaşları polislə əvəz edilib. Hələlik belə bir dəyişiklik təkcə paytaxtda olub.
Fizzə