Dünya bazarında qızılın qiyməti ABŞ-da açıqlanmış müsbət göstəricilərdən sonra ucuzlaşamaqda davam edir. Qızıl ardıcıl altı həftədir ucuzlaşır və 1999-cu ildən bu yana ən uzun ucuzlaşma prosesi baş verib.
Bu gün qızılın unsiyasının qiyməti 0.3% ucuzlaşaraq 1084.60 dollara düşüb. Qızıl həftənin əvvəlindən bəri 1%-dən çox ucuzlaşıb.