Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub
Türkiyənin Mersin vilayətində zəlzələ başverib. 5.2 bal gücündə baş vermiş yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub. Zəlzələnin Adana, Hatay, Mersin, Osmaniyə, Kahramanmaraş və Qaziantepdə də hiss edildiyi bildirilir. Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olsa da insan tələfatı və dağıntılar barədə məlumat verilməyib.