Rusiyaya qarşı sanksiyaların uzadılmasını Avropanın daha 6 ölkəsi dəstəkləyib. Bu barədə AB diplomatiyasının rəhbəri Federika Mogerininin bəyanatında deyilir.
Mogerinin bəyanatında qeyd edilir ki, 2015-ci ilin iyunun 22-də Avropa Birliyi Rusiyaya qarşı mövcu sanksiyaları 2016-cı ilin dekabrın 31-ə qədər uzadıb.
“AB üzvlüyünə namizədlər Monteneqro və Albaniya, Avropa Azad Ticarət Assosiasiyasının üzvləri İslandiya, Lixtenşteyn və Norveç, həmçinin Ukrayna bu qərara qoşulublar”, – deyə bəyanatda bildirilir.
Mogerini Avropa Birliyinin bu ölkələrin qərarını dəstəklədiyini də qeyd edir.
AB sanksiyaların uzadılmasını Minsk razılaşmasının tam yerinə yetirilməməsi ilə əsaslandırır.
Fizzə