Gözəl Bayramlı: «Korrupsiyada adları hallanan dövlət qurumlarının rəhbərləri cəzalansa, hakimiyyət daxilində ciddi çaxnaşmalar yarana bilər»
Dövlət başçısı Ilham Əliyev dəfələrlə çıxışlarında ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılmasından danışıb. Amma insanların gündəlik həyatında uşaq bağçasından tutmuş, nazirliklərə qədər bütün sahələrdə qarşılaşdıqları hadisələr, rüşvət məqsədilə yaradılan süni problemlər, ölkəyə gətirilən bütün məhsulların monopoliyada olması korrupsiyaya qarşı mübarizə aparıldığı haqda deyilənlərə şübhə ilə yanaşmağa ciddi əsas verir.
Bugünlərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə ÿIdarəsininÿ rəisi Kamran Əliyev də bir sıra dövlət strukturlarında korrupsiya faktlarının mövcudluğunu etiraf etdi. Bu mənada, yüksək rütbəli məmurların korrupsiya ittihamı ilə məsuliyyətə cəlb olunması ehtimalı gündəmə gətirildi.
Kamran Əliyev bildirib ki, xüsusən kənd təsərrüfatı, səhiyyəÿvəÿtəhsil sahələrindəÿkorrupsiya faktları daha çoxdur: “Tikinti sektorunda 15 fakt üzrəÿ 30 şəxs barəsindəÿ cinayət işi məhkəməyə göndərilib. Ticarət sahəsindəÿ11 cinayət işindəÿ11 şəxs barəsində ÿfaktlar toplanaraq məhkəməyə göndərilib.ÿƏn çox cinayət hadisəsi isəÿkənd təsərrüfatı, səhiyyəÿ və ÿtəhsil sahələrində ÿbaş verib”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı deyir ki, korrupsiya Azərbaycan hakimiyyətinin xarakterinə oturuşmuş bəladır. Kamran Əliyevin timsalında hökumətin bu tip açıqlamalarını xalqı aldatmaq siyasətinin davamı kimi qiymətləndirən Gözəl Bayramlı xatırladır ki, iri korrupsiya faktlarına görə yüksək rütbəli məmurların heç biri cəzalandırılmayıb: “Əgər korrupsiyaya qarşı mübarizə səmimi şəkildə gedirsə, korrupsiyaya son qoymaq üçün dövlət səviyyəsində elə bir siyasət aparılmalıdır ki, rüşvətxorluğa və korrupsiyaya son qoyulsun. Amma bu gün ölkədə bütün təbəqələri əhatə edən korrupsiya piramidası formalaşıb və şübhəsiz ki, bu piramidanın başında dövlətin birinci şəxsi dayanır. Belə olan halda, hansı mübarizədən danışmaq olar? Son zamanlar bu faktdan misal kimi də istifadə olunur, Gürcüstanın eks prezidenti Saakaşvili rüşvətin kökünü özü rüşvətə bulaşmamaqla kəsdi. Yəni korrupsiyaya qarşı mübarizə imitasiyası yaratmaqla problem həll edilmir. Dövlətin iradəsi olmadıqca bu sahədə hər hansı müsbət dəyişiklik gözləmirəm”.
Görüntü yaratmaq məqsədilə hər hansı yüksək ranqlı məmurun korrupsiya ittihamı ilə cəzalandırılması ehtimalına gəlincə, Gözəl Bayramlı hakimiyətin belə bir addım atacağına inanmır: “Çünki adları hallanan dövlət strukturlarının rəhbərləri cəzalanacağı halda, hakimiyyət daxilində ciddi çaxnaşmalar yarana bilər. Ilham Əliyev də bunu bildiyi üçün, eyni zamanda, öz hakimiyyini qoruyub saxlamaq naminə korrupsiyaya qarşı mübarizə aparmaq iqtidarında deyil”.
Emil