Rusiya prezidenti Vladimir Putin Hollandiyanın baş naziri Mark Rütte ilə telefon danışığı zamanı ötən il Donbasda Boing-in vurulması ilə bağlı tribunalı yaradılmasının məqsədəuyğun olmadığını deyib. Eyni zamanda o bildirib ki, Rusiya araşdırmaya hər cür yardım etməyə hazırdırr.
Beynəlxalq ekspert qrupunun işi ilə bağlı br çox suallarının olduğunu deyən Rusiya prezidenti rusiyalı mütəxəssislərin araşdırmaya buraxılmadığından narazılıq edib.
Qeyd edək ki, bu gün axşam saatlarında BMT Təhlükəsizlik Şurasında Boing qəzası ilə bağlı beynəlxalq tribunalın yaradılması ilə bağlı qətnamə layihəsinə dair səsvermə keçiriləcək.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, sənəd doqquz və daha çox səs toplasa, Moskva veto hüququndan istifadə edəcək.
Fizzə