Azadlıq prospektində yanan hündürmərtəbəli binada təmir işləri yeni dərs ilinədək yekunlaşdırılacaq.
Bu haqda baş nazirin birinci müavini və yanğınla bağlı yaradılan dövlət komissiyasının sədri Abid Şərifov ans press-ə eksklüziv müsahibəsində bildirib. “Biz tapşırıq almışıq ki, binada təmir işləri 15 sentyabra gədər qurtarsın”,- deyə Abid Şərifov binanın sakinlərə təhvil veriləcəyi tarixi açıqlayıb.
O, bunun yeni dərs ili ilə əlaqəli olaraq şagirdlərin və tələbələrin dərsə rahat getməsi təmin etmək üçün vacib olduğu söyləyib.
Mənzillər yüksək keyfiyyətli tikinti materiallarının istifadəsi ilə təmir edilir, “bütün mənzillər mebellə təmin olunacaq, yalnız mətbəx mebeli ilə yox yataq mebeli ilə də təmin olunacaq.”
Azadlıq prospektində yerləşən yaşayış binasında baş verən yanğına görə məsuliyyət daşıyanlara gəldikdə isə, Abid Şərifov məsələ ilə bağlı hazırda davam edən istintaqın yaxın 10 gündə bitəcəyini açıqlayıb.