Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hakimiyyətdən qidalanan, əsas hədəfləri əqidəli insanlrı qarlamaqdan ibarət olan bəzi "müxalifətcilər"ə özünün "facebook" səhifəsində ciddi mesaj ünvanlayıb:
"Mən Azərbaycanda ən məlumatlı adamlardan biriyəm. Lakin bəzi dəyərlər var ki, onları tapdalayıb keçmək mənim üçün çətindir. Əgər bəziləri mənim nələrəsə görə susmağımdan, abır gözləməyimdən sui-istifadə edəcəksə, mənim də keçmişimə hörmət borcum qalmır. Bu hakimiyyət iki ali təhsilim, elmi dərəcəm olmasına, beş dil bilməyimə, 21 yaşımdan Universitet auditoriyasında dərs deməyimə baxmayaraq Ziyalılar Forumuna qoşulduqdan sonra mənə Qafqaz Universitetində adicə dərs deməyi çox gördü, ailəmin yeganə biznesini zorakılıqla, qanunlara tüpürməklə əlindən aldı.
Cəmil Həsənli kimi dünya səviyyəli bir alim 35 il dərs dediyi Bakı Dövlət Universitetindən uzaqlaşdırıldı. İndi qoşa-qoşa villaları, zavodları, obyektləri olan, təkcə özünü yox, bütün nəsil-nəcabətini yağ-bal içində bəsləyən, aylıq stabil maaş əsasında "yeni müxalifət hərəkatı" yaradan bəzi "müxalifətçilər" kimlərinsə evini kirayəyə verib dolanmasına irad bildirilər. Ağızları isti yerdədir. Elə bilirlər ki, hökumət hamıya onlar kimi biznes qurmaq, zavod tikmək, villalar ucaltmaq imkanı yaradır. Hələlik bu qədər…"