Türkiyə hərbi qüvvələri "Cəhənnəm topu" adı ilə tanınan Fırtına haubitsaları ilə PKK və İŞİD terrorçularının sığınacaqlarını bombardman edib. Hücum zamanı PKK-nın rəhbər şəxlərindən biri Öndər Aslan (Şervan Varto) öldürülüb. Hərbi əməliyyat zamanı daha 3 PKK üzvü yaralanıb.
PKK-nın mühüm qolu olan HPG-nin yüksək vəzifəlilərindən olan Öndər Arslan Türkiyə sərhədinin 10 km-liyində yerləşən Zap və Gare arasındakı Sergele bölgəsinə endirilən zərbələr zamanı məhv edilib.
Türkiyə Silahlı Qüvvələri İŞİD terrorçularına qarşı əməliyyatlardan 24 saat keçməmiş Şimali İraqda PKK terrorçularının mövqelərini və terrorçuların liderlərinin toplaşdığı Kandili bombardman edib.
Suriyadakı İŞİD terrorçularına qarşı aparılan hərbi məliyyatlarıdan fərqli olaraq bu dəfə Türkiyə qırıcıları sərhədləri aşaraq İraqa keçib.
Pilotsuz uçan aparatlar isə əməliyyatlarla bağlı son məlumatları saniyə-saniyə mərkəzə – Ankara ötürüb.
Gecə saatlarında havadan hücumlara qurudan da dəstək verilib. "Cəhənnəm topu" adı ilə tanınan Fırtına haubitsaları ilə PKK terrorçularının sığınacaqları bombardman edilib.
Bu gecə həmçinin Fırtına haubitsaları ilə İŞİD terrorçularının 3 məkanı vurulub. Hərbi əməliyyatların davam etdirilməsinə ehtiyac olacaqsa, davam etdiriləcək.
Qeyd edək ki, PKK və İŞİD terrorçuları İraq və Suriyadan Türkiyəyə giriblər . PKK-nın Şimali İraqda yerləşən düşərgələrindən silahlı dəstələr qrup halında Türkiyəyə keçiblər. Suriya sərhədindən isə İŞİD terrorçuları eyni şəkildə Türkiyəyə daxil olublar.
Hərbi mənbələrdən "Milliyet"ə verilən məlumata görə, Türkiyə ordusunun başladacağı yeni hərbi əməliyyat son 10 ilin ən böyük əməliyyatı olacaq. Bildirilir ki, F-16 qırıcılarına "Vur" əmri verilib və yeni əməliyyatlarda quru qoşunlarından da istifadə ediləcək. (ans)