Ötən gün Gədəbəy istiqamətində erməni diversantların qarşısı alınarkən şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu dəfn edilib. ANS TV-nin məlumatına görə, Vətən uğrunda canını qurban verən şəhidimiz anadan olduğu Gədəbəyin İvanovka kəndində torpağa tapşırılıb.