Azərbaycanda dövriyyədə olan nağd pul azalır. Mərkəzi Bank xəbər verir ki, İyunun 1-nə pul bazası 7 milyard 487 milyon manat təşkil edib. Bu, Mayın 1-i ilə müqayisədə 110,3 milyon manat və ya 1,5% azdır.
Ötən ilin sonunda pul bazası 11 milyard 541.9 milyon manata bərabər idi. İlk 5 ayda pul bazası 4 milyard 55 milyon manat azalıb.
Qeyd edək ki, pul bazasının azalması manatın dövriyyədə azalması ilə əlaqədardır. Mərkəzi Bankın manatı alaraq dövriyyəyə dollar buraxıb.
Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Sərbəst bank və məcburi ehtiyatları) daxildir (marja.az).