Aksiya iştirakçıları yenidən Baqramyan prospektini bağlamaq ideyasını müzakirə edirlər. Hazırda aksiyaçılar Baqramyan prospektindən təxminən bir kilometr aralıda yerləşən Azadlıq meydanında toplaşılar.
***
Yerevanda polis Baqramyan küçəsində barrikadaları söküb və prospektdə hərəkət bərpa olunub. Bunun üçün onlara 10 dəqiqə vaxt lazım olub. Barrikadaları sökməyə başlayanda polis aksiya iştirakçılarından prospekti açmağı təklif edib, lakin rədd cavabı alıb. Bundan sonra nümayiş iştirakçıları oturaq aksiyaya başlayıb. Polis isə aksiyanı dağıdıb və həbslər başlayıb. Yerevan polis rəisinin müavini Valeri Osipyan həbs edilənlərin 3 saatdan sonra azad ediləcəyini deyib. Məlumata görə, həbs edilənlərin sayı 40-50 nəfərdir.
***
Ermənistan polisi paytaxt İrəvanda Baqramyan prospektində iki həftədən çoxdur nümayişçilər tərəfindən qurulmuş barrikadanı sökür. Nümayişçilər şüarlar səsləndirsələr də polisin işinə mane olmur. Polisi bəyanat yayaraq bildirib ki, Baqramyan prospektində nəqliyyatın hərəkətini bərpa edəcək və ərazidən nəqliyyatın hərəkətinə mane olan predmetlər götürüləcək. Lakin aksiyanın keçirilməsinə heç bir əngəl yaradılmayacaq.