Rusiyapərəst separatçılarla döyüşlər zamanı 5 ukraynalı əsgər mina partlaması nəticəsində dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.
Prezident administrasiyasının hərbi əməliyyatlar üzrə sözçüsü Aleksandr Motuzyanik jurnalistlərə açıqlamasında bildirib ki, partlayış ötən gün Luqansk regionun Donetski kəndində baş verib. Məlumatı Rusiya xəbər agentlikləri də yayıb.
Fevral ayında beynəlxalq ictimaiyyətin səyi ilə əldə olunan atəşkəs razılığına baxmayaraq Ukraynanın cəbhə xəttində vaxtaşırı döyüşlər davam edir və tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edir.
BMT-nin hesablamalarına görə, Ukraynada 2014-cü ilin aprelində müharibə 6 min 500 nəfərin həyatına son qoyub.