"2 həftəlik şou üçün 8 milyard dollar xərcləməyə hazır olan istənilən başqa dövlət sifariş etsəydi, həmin mütəxəsislər belə bir şounu o ölkədə də təşkil edə bilməzdilərmi?"
"Azərbaycan saatı” TV proqramı 5 iyul tarixli verilişində AXCP sədri Əli Kərimlidən müsahibə alıb. Əli Kərimli həmin müsahibənin videoyazısını müəyyən qeydlərlə özünün "facebook" səhifəsində paylaşıb.
"Azərbaycan saatı”nın təklifi ilə Avropa Oyunlarının bağlanışını biz də etdik, mövzunu yekunlaşdırdıq.
1. Bakıda keçirilən Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini ABŞ-ın "Five Currents" şirkəti həyata keçirdi. Bu həmin şirkətdir ki, Soçidə keçirilmiş 2014 Qış Olimpiya Oyunlarının da açılışını təşkil etmişdi. Şirkət 25 il ərzində 11 Olimpiya oyununun açılış, bağlanış mərasimlərində təşkilatçı olub. Atəşfəşanlığın da, digər şouların da müəllifi o idi.
2. Bakıda keçirilən Avropa Oyunlarının bədii direktoru isə Yunanstanın tanınmış incəsənət xadimi, xoreoqraf Dimitris Papaioannoun idi. Afina 2004 Olimpiya Oyunları mərasimlərinin bədii direktoru da bu şəxs olmuşdu. Ağızdolusu bəhs edilən yüksək bədii zövqə görə ilk növbədə ona minnətdar olmaq lazımdır.
3. Bakı Avropa Oyunlarının hazırlıq işlərinə birbaşa rəhbərliyi isə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru kimi Saymon Kleq həyata keçirib. Bu həmin Saymon Kleqdir ki, Britaniya Olimpiya Assosiasiyasının keçmiş baş icraçı direktoru olaraq 2012-ci il London Olimpiadasını yüksək səviyyədə təşkil etmişdi.
Və başqa çoxlu sayda tanınmış xarici mütəxəsislər aldıqları yüksək əmək haqqı müqabilində Bakıda keçirilən açılış və bağlanış mərasimlərini təşkil etdilər. Həmin mərasimlərdə əziyyəti olmuş bütün azərbaycanlı sənətkarlara da buradan sayğımı ifadə edirəm.
Amma sual budur ki, məsələn, Qazaxıstan, Türkmənistan və ya 2 həftəlik şou üçün 8 milyard dollar xərcləməyə hazır olan istənilən başqa bir dövlət həmin mütəxəsisləri dəvət edib, belə bir şou sifariş etsəydi, həmin mütəxəsislər belə bir şounu həmin ölkədə də təşkil edə bilməzdilərmi? Bəli, edə bilərdilər. Bəs elədirsə, milyardların göyə sovrulmasını fikirləşməkdənsə, bu Oyunlardan növbəti Lissabon sammiti düzəltməyin nə mənası var?", – deyə AXCP sədri qeyd edib.
Müsahibənin videoyazısı: