Tofiq Yaqublu öz pulundan "Azadlıq"a yardım etdi və hər kəsi qəzetə dəstək olmağa çağırdı
Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan vicdan məhbusu, Müsavat başqanının müavini Tofiq Yaqublu həbsdə olmasına baxmayaraq, "Azadlıq" qəzetinə həm mənəvi, həm də maddi yardımını əsirgəməyib. Bu barədə vicdan məhbusunun qızı Nigar Yaqublu özünün "facebook" səhifəsində məlumat yayıb.
"Bu gün (dünən-red.) ata ilə görüşdüm. Hər kəsə salamı var və salam göndərənlərə də öz təşəkkürünü bildirdi. Həbsxanada qənaət etdiyi puldan "Azadlıq" qəzetinə yardım göndərdi. Hər kəsi qəzeti oxumağa və bağlanmaması üçün yardım etməyə çağırdı", – deyə Nigar Yaqublu yazır.
Biz də "Azadlıq" olaraq, Azərbaycanın demokratiya mücahidlərindən biri kimi tanınan, uzun müddətdir qanunsuz, əsassız həbsxana həyatı yaşayan Tofiq Yaqublunun bu jestini yüksək qiymətləndirir, ona minnətdarlığımızı bildirir və tezliklə azadlığa çıxmasını arzu edirik!