Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter Fransanın keçmiş prezidenti Nikola Sarkozini və Almaniyanın keçmiş prezidenti Kristian Vulfu FİFA-ya təzyiq etməkdə ittiham edib.
Blatterin sözlərinə görə, keçmiş prezidentlər xüsusilə 2018 və 2022-ci illərdə dünya çempionatının harada keçirilməsinin təyin edilməsi ərəfəsində "siyasi təzyiq göstəriblər".
"Cənab Sarkozi və Vulf səsvermə zamanı öz nümayəndələrinə təzyiq görstərməyə çalışıblar. Bax buna görə indi bizim Qətərdə keçirilən dünya çempionatımız var", – deyən Blatter əlavə edib ki, alman nümayəndəliyi Vulfun məsləhəti ilə "iqtisadi maraqlara görə Qətərə səs verib". Amma bütün bu qalmaqallara baxmayaraq, FİFA prezidenti öz mövqeyində və əməllərində əmindir. O, öz fikrini belə izah edib: "Hər insan nədənsə ehtiyat edir, amma mənim FİFA-dakı işimlə bağlı qorxacaq heç nəyim yoxdur."