ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu gündən etibarən Azərbaycanda fəaliyyətini dayandırıb. Bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb. "ATƏT Azərbaycan ilə əməkdaşlığın digər formalarına açıqdır", – deyə mətbuat xidmətindən bildirilib.
Məlumatda vurğulanıb ki, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Ofisi Azərbaycan hökuməti və ATƏT arasında imzalanan “Bakıda layihə əlaqələndiricisi ilə bağlı qarşılıqlı anlaşma memorandum”nun ötən həftə Azərbaycan tərəfindən dayandırılması ilə əlaqədar öz fəaliyyətini dayandırır.