Avropa Yenidənqurma və İnkişaf Bankı 2015-ci ildə Ukrayna iqtisadiyyatına 1 milyard dollara yaxın investisiya qoymağı planlaşdırır. Amma bunun üçün ölkə islahatlara hazır olduğunu göstərməlidir. Ancaq beynəlxalq ekspertlər hesab edirlər ki, hakimiyyət “Naftoqaz” şirkətində, o cümlədən, məhkəmə və ədliyyə sistemində islahatları ləng aparır.
Reuters xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 2014-cü ildə Ukrayna iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub. (azadliq.org)