İngiltərə Premyer liqasının son qalibi Chelsea,Monaco'nun kolumbiyalı hücumçusu Radamel Falcao'nu icarəyə götürdüyünü rəsmi internet səhifəsindən açıqladı. Kolumbiyalı hücumçu, Porto'nun heyətində Avroliqanın qalibi olduqdan sonra 2011-ci ildə 40 milyon avroya Atletico Madrid'ə transfer olmuş,burada 68 oyuna 52 qol vurmuşdu.2013-cü ilin yayında Fransa ligue 1-e yollanan Falcao,Monaco'dakı ilk mövsümünün ortalarında dizinin xaçabənzər bağlarının qopmasıyla futbola 6 aylıq bir ara verdi.Ötən mövsümü Manchester United'də icarə əsasında oynayan "qol maşını" 26 oyuna 4 qol vurmuş,məşqçisi Van Gaal'ın ümidlərini doğrultmamışdı.Bu dəfə də icarə əsasında İngiltərəyə gələn hücumçunun nə qədər faydalı olacağı barədə şübhələrə onun yeni məşqçisi Jose Mourinho cavab verib:"Çoxları yanılır,əsl Falcao keçən ilki Falcao deyil,azarkeşlər əsl Falcao'nu bu il izləyəcəklər"
Sabir