Türkiyədə yeni hökumətin qurulması üçün koalisiya müzakirələrinin qızışdığı bir vaxtda kürdlərin partiyası HDP-dən maraqlı açıqlama gəlib. HDP sədri Səlahəddin Dəmirtaş bildirib ki, ölkənin ümumi problemlərini həllində ortaq məxrəcə gəlmək naminə MHP ilə koalisiya qura bilərlər. Dəmirtaş əlavə edib ki, MHP tərəfindən partiyasına ünvanlanan ağır ittihamlara rəğmən, belə bir addımı atmağa hazırdılar: «İttihamlara baxmayaraq, ölkəmizin problemlərini yoluna qoymaq, vətəndaşlarımızın azadlığın təmin etmək üçün MHP ilə danışıqlar masasına oturmağa hazırıq».
Gültəkin