Fransa WikiLeaks saytının rəhbəri Julian Assange-ın sığınacaqla bağlı müraciətini rədd edib. Yelisey sarayından verilən məlumatda deyilir ki, hüquqi elementlər və cənab Assange-ın maddi vəziyyətinə görə, Fransa bu müraciətə baxa bilmir.
Bəyanatda həmçinin onun həbsinə Avropada order verildiyi bildirilir.
Assange Fransa prezidenti Francois Hollande-a göndərdiyi açıq məktubda özünü peşəkar fəaliyyətinə görə ABŞ tərəfindən ölümlə hədələnən və təqib olunan jurnalist adlandırır.
Bu məktubu iyulun 3-də Fransanın Le Monde qəzeti dərc edib.
44 yaşlı Assange 3 ildir ki, Londondakı Ekvador səfirliyindədir.
İsveç seksual qalmaqala görə onun verilməsini tələb edir.
Assange hesab edir ki, o İsveçə, bundan sonra isə Birləşmiş Ştatlara verilə bilər.
Vaşinqton onu WikiLeaks saytında ABŞ-la bağlı minlərlə məxfi məlumatlar yaymaqda ittiham edir.