İyulun 2-də Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusa qarşı cinayət işinin istintaqının yekunlaşması haqında ittiham aktı müdafiə tərəfinə təqdim olunub.
Bu haqda AzadlıqRadiosuna Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib.
Məhkəmənin hazırlıq iclası iyulun 13-nə təyin edilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edəcək.
Elçin Qəmbərov iyulun 2-də Leyla Yunusla görüşüb. Vəkil deyir ki, onun səhhəti çox pisdir, gözlərində və, qara ciyərindəki problemlər artır. Şəkər xəstəliyi də getdikcə sərtləşir:
“Ancaq səhhəti pis olsa da əhval-ruhiyyəsi yüksəkdir. Məhkəmə çəkişməsinə tam hazırdır”.