Azərbaycanda dondurma məhsullarının istehsalçısı olan “PalFood” MMC-nin İcraçı Direktoru Tuncay Tekdemir və Kommersiya direktoru Haluk Ucucu vəzifələrindən azad ediliblər.
Facebook-da “Retail Azerbaijan” qrupunda verilən məlumata görə, bu, şirkətin idarəetmə strukturunu və iş sistemini kökündən dəyişmək istəyi ilə bağlıdır. Şirkət 01.07.2015-ci il tarixindən etibarən idarəetmə sistemində dəyiklik edib.
“PalFood” MMC “Palmali” şirkətlər qrupuna daxildir.
“Palmali” şirkətlər qrupunun tərkibində 48 müxtəlif müəssisə və cəmiyyət fəaliyyət göstərir. Baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşən Şirkətlər Qrupu 1998-ci ildə təsis edilib və hazırda 45 min nəfərlik kadr heyətinə sahibdir. 2005-ci ildə isə “NurSüd” MMC süd və süd məhsulları emalı zavodu təsis edilib. Artıq 2008-ci ilin əvvəlindən etibarən “PalSüd” ticarət nişanı altında geniş çeşiddə süd məhsulları marketlərin piştaxtalarını bəzəməyə başlayıb. Eyni zamanda satışın təkmilləşdirilməsi üçün “PalSüd Dağıtım” şirkəti təsis edilmişdir. 2009–cu ildə “Paldad” ticarət nişanıyla məhsull buraxmağa başlayan “PalFood” MMC dondurma müəssisəsi təsis edilmişdir. Bununla da "Palmali" Şirkətlər Qrupu qida sənayesi sahəsində təmsil olunmağa başlayıb.