Bu gün AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusiflinin işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti proses keçirələck. Məhkəmə iclası saat 10.30-da başlayacaq.
Xatırladaq ki, son məhkəmə prosesində Vəkil Fəxrəddin Mehdiyev çıxış edərək A.Yusiflinin zərərçəkənə dəyən zərəri ödədiyini və zərərçəkənin heç bir şikayəti olmadığı haqda ərizə verdiyini bildirmişdi və məhkəmədən Cinayət Işinə xitam verilməsini, həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş etmişdi. Vəkil, eyni zamanda Asif Yusiflinin Qarabağ əlili olmasınının da nəzərə alınmasını xahiş etmişdi. ÿ
Prokuror isə çıxışında zərərçəkənin mövqeyinin məhkəməyə bəlli olmadığı üçün, cinayət işinin məhkəmə baxışına göndərilməli olduğunu bildirmişdi.
azadlıq.info