Məlumatlara görə, Yunanıstanın Baş naziri Aİ-nin maliyyə yardımı şərtlərilə bağlıə güzəştlərə getməyə razılaşıb.
Yeni güzəştləri Aleksis Tsipras Avropa kreditorlarına göndərdiyi məktubunda təklif edib, media xəbərlərində deyilir. Tsiprasın kredotorlara məktubunu The Financial Times (FT) nəşri əldə edib.
Məktubda deyildiyinə görə, Baş nazir Tsipras avropalı kreditorların şərtlərinin böyük hissəsilə razılaşmağa hazırdır.
FT-nin qeyd etdiyinə görə, Tsipras həmin şərtləri "bir neçə düzəliş olunmaqla" qəbul edir. FT-ə görə, kreditorlara göndərdiyi məktubda Tsipras yalnız iki dəyişikliyin edilməsini – Yunanıstan adalarında ƏDV güzəştinin güvvədə saxlanılmasını və təqaüdə 67 yaşdan çıxmaq barədə qərarın dərhal yox, oktyabr ayından qüvəyə minməsini xahiş edib.
Yunanıstan mili telekanalı ERT də təsdiqləyib ki, Tsipras cüzi düzəlişlərlə kreditorların şərtlərini qəbul etməyə hazırdır.
BVF borcu ödənməmiş qalıb
Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna (BVF) 1.5 milyard avro məbləğində borcunu qaytarmaq barədə öhdəliyini yerinə yetirməyib.
Bundan bir qədər əvvəl avrozona ölkələri nazirləri Yunanıstana borcunun qaytarılması üçün verilmiş vaxt möhlətini uzatmamaq qərarına gəlmişdilər.
Lakin nazirlər bildiriblər ki, Yunanıstandan son dəqiqədə gəlmiş 2 illik maliyyə yardımının verilməsi barədə yeni xaihişə çərşənbə günü iyulun 1-də baxılacaq.
Yunanıstan inkişaf etmiş dövlətlər qrupuna aid edilən BVF-dən aldığı krediti vaxtında ödəyə bilməmiş ilk ölkədir. Ehtimal edildiyinə görə, BVF börcunun ödənməməsi
Yunanıstanın avrozonanı tərk edəcəyi riskini gücləndirir.Ötən gecə BVF Yunanıstanın borcunu ödəyə bilməməsi faktını təsdiqləyib. BFV sözçüsü Gerry Rice Yunanıstandan ödəniş möhlətyinin uzadılması barədə xahişin alınması faktını təsdiqləyərək, məsələyə "müvafiq qaydada" baxılacağını bildirib.