Dövlət Neft Şirkəti 2015-ci ilin yanvar-mayında 3 mln 462,1 min ton neft hasil edib. Bu, ötən ilin eyni dövründəkindən 1,2% azdır. Bu barədə şirkətin saytında məlumat verilir.
2015-ci ilin mayında SOCAR 706,5 min ton neft çıxarıb.
2014-cü ildə Azərbaycanda ümumi neft hasilatı həcmi 41,9 mln ton olub. Bunun 8 mln 402,5 min tonu SOCAR neftidir.
Əvvəllər SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən məlumat verilirdi ki, SOCAR-ın 2015-ci ildə 8,3 mln ton neft hasil etməsi proqnozlaşdırılır.