İran nüvə danışıqlarında razılaşmanı mümkün sayır. Bunu İranın xarici işlər nazirliyi bəyan edib.
İyunun 30-da Vyanada Tehran və aparıcı 6 dünya ölkəsi arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar başlayır.
İranın xarici işlər naziri Javad Zarif iyunun 30-da ABŞ Dövlət katibi John Kerry ilə görüşdən əvvəl jurnalistlərə bildirib ki, mən bura yekun razılaşma üçün gəlmişəm və hesab edirəm ki, bunu bacaracağıq.
Zarif İran rəhbərliyi ilə məsləhətləşmələrdən sonra iyunun 30-da yenidən Vyanaya qayıdıb.
İranla danışıqlardA, abş Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin iştirak edir.
Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvindən gedir.
Zarif Vyanaya ölkənin nüvə rəhbəri Ali Akbar Salehi və prezident Hassan Rohaninin qardaşı və yaxın köməkçisi Hossein Fereydoonla qayıdıb.
ABŞ,Fransa və İran razılaşma üçün başqa vaxttəyin edilmədiyini bildiriblər.
Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir.