Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində insident baş verib. APA-nın verdiyi məlumata görə, məntəqədə işləyən 1991-ci il təvəllüdlü Ramiz Həsənov bir neçə şəxs tərəfindən döyülüb.
Ağır bədən xəsarətləri alan R. Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
R. Həsənovun kimlər tərəfindən döyüldüyü hələlik məlum deyil.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.