Iyunun 29-u axşam saatlarından Ukraynadakı Çernobl atom elektrik stansiyasının yaxınlığındakı meşəlikdə yanğın başlayıb. Alovla mübarizəyə 120-ə yaxın yanğınsöndürən maşın və təyyarələr cəlb edilib.
Yanğının 1986-cı ilədə baş vermiş qəza nəticəsində çirklənmiş əraziyə keçib-keçməməsi hələlik bəlli deyil. Bu bu il həmin ərazidə baş verən ikinci yanğındır. Aprelin 28-də də stansiyanın 15-20 kilometrliyində yanğın baş vermişdi. Həmin vaxt alovla mübarizəyə 300-dən çox yanğınsöndürən, 3 təyyarə və 1 vertolyot cəlb edilmişdi.