İyunun 30-da Cəlilabad rayonunun Üçtəpə kəndində 5 hektar biçilmiş taxıl sahəsi yanıb. Qəbələ rayonunun Quşlar kəndində isə 5 hektar biçilmış və 300 kv.m biçilməmiş taxıl sahələri yanıb.
Biləsuvar rayonunda da 25 hektar biçilmiş taxıl sahəsi yanıb. Siyəzən rayonu, Yenikənd kəndində həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1.3 tonu yanıb. Bakının Səbail rayonunda gücü 6 kVt olan transformatorun yağı, sarğıları və ətrafında 80 kv.m sahədə quru ot yanıb.
Bütün yanğınlar söndürülüb. Xəbərləri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.