Bu turnirə sərf olunan milyardlar ölkənin sosial-iqtisadi durumunu daha da ağırlaşdıracaq
Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının ərsəyə gəlməsi üçün çəkilən xərclər müxtəlif rəqəmlərlə ifadə olunur.ÿIddialara görə, bu yarış üçün sərf olunan vəsait səkkiz milyard dollar civarındadır. Hökumət təmsilçiləri çəkilən xərcləri məbləğinin dəfələrlə aşağı olduğunu iddia etsələr də, beynəlxalq səviyyədə aparılan araşdırmalar bu turnirə sərf olunan vəsaitin milyardlarla ölçüldüyünü ortaya çıxarıb.
Məlumdur ki, Avropa Oyunları hələ başlamamışdan ölkədəki sosial-iqtisadi duruma, əhalinin yaşayışına öz mənfi təsirini göstərmişdi. Hələ bu tədbirə hazırlıq ərəfəsində neftin dünya bazarında kəskin ucuzlaşması səbəbindən ölkədə yaşanan mövcud iqtisadi problemlər ucbatından bir sıra dövlət müəssisələrində ixtisarlar aparılmış, maaşlarda gecikmələr, “Olimpiada ödənişi” adı altında kəsilmələr müşahidə edilmişdi. Bundan əlavə, Avropa Oyunlarına görə yaradılan infrastrukturun, yeni idman obyektlərinin qorunub saxlanılmasının daÿbüdcə xərclərinə əlavə yük olacağı bəlli məsələdir.
Nəzərə alsaq ki, qarşıdakı dövrdə neftin qiymətində artım gözlənilmir, Avropa Oyunlarından sonra bu tədbirin ölkə iqtisadiyyatında buraxacağı problemlər əlavə müzakirələrə yol açır. Büdcə xərclərindən səmərəli şəkildə istifadə son dərəcə zəruri olduğu bir zamanda ölkə iqtisadiyyatını gözlənilən təhlükələrdən qorumaq üçün hansısa qabaqlayıcı tədbirlərin mümkünlüyü barədə suallara konkret cavab tapmaq çətindir.
Ekspertlər də xəbərdarlıq edir ki, hətta inkişaf etmiş, oturuşmuş dövlətlərdə belə, bu tip yarışlardan sonra bəzən həmin ölkələrin iqtisadiyyatında təlatümlər yaşanır. Avropa Oyunları kimi kifayət qədər iri miqyaslı tədbirlərin keçirilməsi böyük dövlətlər üçün uyğun sayılsa da, Azərbaycan kimi kiçik, iqtisadiyyatı neftdən asılı olan bir dövlətin bu tip yarışlardan sonrakı taleyi sual altına düşür.ÿÇünki əminliklə demək olar ki, Avropa Oyunlarının Azərbaycana gətirəcəyi qazanc bu tədbirə çəkilən xərclərdən dəfələrlə az olacaq.