Şamaxı rayonunda zəlzələ olub. Respublika Seymoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ saat 14:32:57-də Şamaxı ərazisində Şamaxı-İsmayıllı sərhədində qeydə alınıb. Zəlzələnin maqnitudası 4,6 bal, dərinliyi 5 km olub.
Saat 15:06:18-da İsmayıllı rayonu ərazisində növbəti zəlzələ qeydə alınıb. Bu dəfə zəlzələnin gücü 4 bal olub.