Bu gün səhər saatlarında Goranboy rayonu ərazisində bədbəxt hadisə baş verib. "Report" un məlumatına görə, rayonun Qaradağlı kənd sakini Vüsal Rəhim oğlu Quliyevi kəndin yaxınlığında heyvan otararkən ildırım vurub. 17 yaşlı gənc Dəlilməmmədli şəhər xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.