Yaponiyada güclü zəlzələ baş verib. Yaponiya Meteoroloji Agentliyinin məlumatına görə, bu gün Sakit okeanda – paytaxt Tokiodan cənubda yerləşən Oqasavara adasının yaxınlığında 8,5 bal gücündə zəlzələ olub.
Bundan əvvəl elan olunmuş sunami təhlükəsi ləğv edilib. Yeraltı təkanlar Yaponiyanın bütün ərazisində hiss olunub.
"Japan Railway" şirkətinin məlumatına əsasən, güclü zəlzələ Tokio və Osako arasında sürət qatarlarının hərəkətinin qismən dayanmasına səbəb olub. Dağıntılar barədə məlumat verilmir.
Bu gün Türkiyədə də güclü zəlzələ baş verib.
"Milliyet" qəzeti xəbər verir ki, bu gün yerli vaxtla saat 14:33-də Şanlıurfa vilayətinin cənubunda, Viranşehir rayonunda 5,6 bal gücündə zəlzələ olub. Dağıntılar barədə məlumat verilmir ("Trend").