Bu gün FİFA prezidentliyinə keçirilən seçkilərdə ilk turda namizədlərdən heç biri lazımı qədər səs toplaya bilməyib. Belə ki, adı qalmaqallarda hallanan hazırkı prezident Yozef Blatter 133, Əli bin Əl Hüseyn isə 73 səs topladığından seçkilərin ikinci turu keçirilməli idi. Lakin son məlumata görə, İordaniya şahzadəsi Əli bin Əl Hüseyn namizədliyi geri götürüb və bununla da Blatter növbəti müddətə prezident seçilib.
azadlıq.info